Türkiyə Azərbaycanla Güzəştli Ticarət Sazişi imzalamaq niyyətindədir

Türkiyə Azərbaycanla Güzəştli Ticarət Sazişi imzalamaq niyyətindədir
# 08 yanvar 2016 09:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Türkiyə Rusiyanın tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra alternativ bazar axtarışlarına start verib.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Güzəştli Ticarət Sazişi və Azad Ticarət Sazişi (STA) ilə itkilərin minimuma endirilməsi planlaşdırılır.

Türkiyənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan yeni yol xəritəsinə görə, Azərbaycan və Qazaxıstan ilə Güzəştli Ticarət Sazişi imzalanacaq. Müqavilənin tətbiqinə isə 2017-ci ilin 1 yanvarında başlanılacaq.

Qeyd edək ki, Güzəştli Ticarət Sazişi ilə gömrük rüsumları aşağı salınır, sənaye, kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı investisiyaların artırılması həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR