Suriyada 5 yaşayış məntəqəsi İŞİD-in nəzarətinə keçib

Suriyada 5 yaşayış məntəqəsi İŞİD-in nəzarətinə keçib
# 29 may 2016 03:58 (UTC +04:00)

Bakı-APA. İŞİD silahlıları Suriyanın Hələb əyalətində müxalifət qüvvələrinin mövqelərinə hücuma keçərək 5 yaşayış məntəqəsini ələ keçiriblər.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

“İŞİD silahlıları “Azad Suriya Ordusu”nun Hələb əyalətinin Azaz yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə hücuma keçərək, Kafer-Breyşa, Tatiya, Niara, Kafer-Kalbin və Cibrin yaşayış məntəqələri üzərində nəzarəti ələ keçiriblər”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, “Cəbhə ən-Nüsrə” qruplaşması sutka ərzində reaktiv raket-zenit sistemlərindən və minaatanlardan Handrat yaşayış məntəqəsini, Şeyx Maqsud və Əl-Xalidiyyə yaşayış massivlərini, Hələb şəhərindəki Ən-Nəyrab aeroportunu atəşə tutublar.

Bundan başqa, “Cəbhə ən-Nüsrə” qruplaşması Latakiya əyalətində Raşa, Ərd-əl-Vata və Kərməl yaşayış məntəqələrinə zərbələr endiriblər.

“Ayn-Dəknə yaşayış məntəqəsi istiqamətində terrorçuların irəliləməsinin qarşısı kürd silahlı dəstələt tərəfindən alınıb”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR