İtaliyanın baş naziri: "Rusiya Suriyada təkbaşına hərəkət etməməlidir"

İtaliyanın baş naziri: "Rusiya Suriyada təkbaşına hərəkət etməməlidir"
# 16 oktyabr 2015 07:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya Suriya münaqişəsinin tənzimlənməsi üzrə geniş koalisiyanın bir hissəsi olmalıdır, bu strategiyanı təkbaşına yürütməməlidir”.

APA-nın məlumatına görə, bu sözləri İtaliyanın baş naziri Mattero Renzi “Bloomberg”ə müsahibəsində deyib. O bildirib ki, Suriya münaqişəsi geniş beynəlxalq koalisiyanın formalaşmasını, Liviyanı da əhatə edəcək “Əfqanıstandan Nigeriyaya” ümumi strategiyasının yaradılmasını tələb edir: “Buna görə də mən hesab edirəm ki, Rusiyanın bu koalisiyaya cəlb olunması vacibdir. Rusiyanın təkbaşına bu strategiyanın başında qoymaq səhv olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR