Gəncədə kişi meyiti aşkarlanıb

Gəncədə kişi meyiti aşkarlanıb
# 18 mart 2016 20:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini şəhərin mərkəzində ölmüş vəziyyətdə aşkarlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qazonun üstündə kişi meyiti aşkarlanıb.

Əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, ölən şəxs 1960-cı il təvəllüdlü Gəncə şəhər sakini Zakir Əliyevdir. Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. “Zaxar” ləqəbli Z. Əliyevin bir ay bundan əvvəl həbsxanadan çıxdığı bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR