Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
# 13 sentyabr 2016 11:49 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində, rayonun Seyfəli kəndində Bakı şəhər sakini, Rövşən Məmmədovun idarət etdiyi “Subaru” və Gəncə şəhər sakini Mahir Məmmədovun idrə etdiyi “VAZ2107”markalı avtomobil toqquşub.

Nəticədə “VAZ”-ın sürücüsü ,1962-ci il təvəllüdlü M. Məmmədov hadisə yerində ölüb, sərnişini isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR