Dörd iranlı dənizçi 3 ildən sonra dəniz quldurlarının əlindən xilas edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, Somali dəniz quldurları tərəfindən 2015-ci ildə qaçırılmış 4 iranlı dənizçi kompleks təhlükəsizlik tədbirləri nəticəsində azad olunub. Dənizçilər İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətindəndir. Onlar 3 il öncə Somali yaxınlığında quldurlar tərəfindən girov götürülmüşdü.
İranın təhlükəsizlik naziri Mahmud Ələvi bildirib ki, dənizçilər hökumət və ya rəsmi dairələrin əlində olmadığı üçün Təhlükəsizlik Nazirliyi bir sıra tədbirlər nəticəsində onları quldurların əlindən xilas edib: “Dəniz quldurları ilə əlaqə yaratmaq asan iş deyildi, nazirlik müxtəlif vasitələrlə onların azadlığı üçün çalışdı”.