Nikolas Maduro yeni vitse-prezident təyin edib

Nikolas Maduro  yeni vitse-prezident təyin edib
# 05 yanvar 2017 01:17 (UTC +04:00)

Venesuelanın dövlət başçısı Nikolas Maduro 47 yaşlı Tarek Əl-Ayssamini yeni vitse-prezident təyin edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, T. Əl-Ayssami adıçəkilən vəzifədə Aristobulo İsturusi əvəzləyəcək.

Ölkə Konstitusiyasına əsasən, prezident vaxtından əvvəl vəzifəfəsini tərk etdikdə, onun səlahiyyətlərini növbəti seçkilərədək vitse-prezident icra edir.

Digər sərəncamla N.Maduro Aristobulo İsturusi İctimai hərəkatlar üzrə nazir təyin edib. Bundan əlavə, Venesuela prezidenti ölkədə İqtisadiyyat və Maliyyə nazirliyinin yaradılmasına dair sərəncam imzalayıb. Yeni quruma Ramon Lobo rəhbərlik edəcək. Neft sənayesi naziri vəzifəsinə isə Nelson Martinesin gətirildiyi bildirilir.

Qeyd edək ki, ötən gün paytaxt Karakasda yüz minlərlə etirazçı Nikolas Maduronun istefasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR