"Bank of Baku” Ramazan bayramında nağd pul kreditlərini komissiyasız təklif edir - FOTO

"Bank of Baku” Ramazan bayramında nağd pul kreditlərini komissiyasız təklif edir - <span style="color: red;">FOTO
# 15 iyul 2015 14:03 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank of Baku" Ramazan bayramında vətəndaşların nağd pula gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə 2 gün “Komissiyasız kredit” kampaniyasını elan edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən 16 İyul (tam gün) və 18 İyul (filiallar saat 14.00-dək işləyir) Bankın bütün filiallarında komissiyasız nağd kredit rəsmiləşdirmək mümkün olacaq. Kreditin maksimal məbləği 10000 manat, müddəti 24 aya qədərdir.

Hazırda bankda nağd kreditlər üzrə faiz dərəcəsi 23-29% aralığındadır.

Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.

“Bank of Baku”nun nağd pul krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzi, www.bankofbaku.comwww.facebook.com/bankofbaku səhifəsindən əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR