Paşha Bank
Bank Of Baku

Bakıda daha 5 ixtisaslaşmış sosial xidmət mərkəzi yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

© APA | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

# 04 fevral 2022 10:59 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 2022-ci il üzrə planına əsasən, bu il Bakıda daha 5 ixtisaslaşmış sosial xidmət mərkəzi yaradılacaq.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bunlardan 2-si sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası üzrə xidmətlər göstərəcək.

Baxımsız uşaqların ailələri ilə profilaktik işləri yerinə yetirən mərkəzin, uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün reinteqrasiya mərkəzinin yaradılması da planlaşdırılıb.

Məişət zorakılığından əziyyət çəkən şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı də ildən-ilə güclənir. Ötən il Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi tərkibində həmin şəxslərə yardım mərkəzi şöbəsi də fəaliyyətə başlayıb.

2022-ci ildə isə Bakıda məişət zorakılığından əziyyət çəkən şəxslər üçün böhran mərkəzinin də pilot olaraq yaradılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR