AP, Avronest PA və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi cəbhə xəttindəki son gərginliyə dair birgə bəyanat yayıblar

AP, Avronest PA və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi cəbhə xəttindəki son gərginliyə dair birgə bəyanat yayıblar
# 06 iyul 2017 22:39 (UTC +04:00)

“Avropa Parlamenti Ermənistan və Azərbaycan arasında gərginliyin yenidən artması, xüsusi ilə Fizuli rayonunda mülki şəxslərin ölümü ilə nəticələnən zorakılıq hadisəsindən ciddi narahatdır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”. APA-nın xəbərinə görə, bu barədə Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Devid Makallister (Avropa Xalqları Partiyası), Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms (Yaşıllar siyasi qrupu) və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərim (Avropa Mühafizəkarları və İslahatçıları siyasi qrupu) tərəfindən cəbhə xəttindəki son gərginliyə dair birgə bəyanatında bildirilir.

Bəyanatda həmçinin bildirilir: “Biz Ermənistan və Azərbaycanı hərbi əməliyyatlara dərhal son qoymağa çağırırıq. Əvvəllər də bəyan edildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlanmalıdır. Bu, dinc sakinlər və hərbçilərin ölüm hallarını dayandıracaq yeganə yoldur.

Biz ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərini və təkliflərini tam dəstəkləyirik. Danışıqlarda irəliləyişə nail olmaq üçün Ermənistan və Azərbaycan siyasi iradə nümayiş etdirməlidirlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR