Türkiyə baş nazirinin müavini: "Terrora qarşı qərarlı şəkildə mübarizə aparırıq və bu mübarizəni davam etdirəcəyik"

 Türkiyə baş nazirinin müavini: "Terrora qarşı qərarlı şəkildə mübarizə aparırıq və bu mübarizəni davam etdirəcəyik"
# 08 sentyabr 2015 14:57 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. ”Ölkəmizin hər yerində terrora qarşı mübarizə aparacağıq”.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə baş nazirinin müavini Cevdət Yılmaz deyib.

Baş nazirin müavini bildirib ki, terroru lənətləyir: "Terror dünyanın bəlası və təəssüf ki, uzun müddətdən bəri ölkəmizin də acısını çəkdiyi hadisədir. Terror Şərq və Cənubi-Şərq bölgələrində yaşayan insanlarımıza böyük ziyan vurur, o bölgələrin insanları terrordan son dərəcə mənfi şəkildə təsirlənir. Terror təşkilatı bu metoddan çox istifadə edir. Terror təşkilatı gömrük işçilərini qaçırır. Amma lazımi tədbirləri görəndən sonra bəzi gömrük məntəqələrini açmaq məcburiyyətindəyik. Terror təşkilatı orada yaşayan insanlara zərər vurur.

Təhlükəsizlik qüvvələrimiz yollarda təhlükəsizlik tədbirləri görürlər. Təhlükəsizliyin olmadığı yerdə nə iqtisadiyyat, nə turizm, nə də ticarət olar. Təəssüf ki, terror bəzən qurbanlar verməyimizə səbəb olur. Ancaq biz terrora qarşı qərarlı şəkildə mübarizə aparırıq və mübarizəyə davam edəcəyik. Ölkəmizdə terrora qarşı mübarizənin uzun tarixi var. Çoxşaxəli və qərarlı mübarizəmizlə fərqli nöqtəyə gələcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR