Hindistanda 300 şagird zəhərlənib

Hindistanda 300 şagird zəhərlənib
# 10 oktyabr 2017 14:03 (UTC +04:00)

Hindistanda şəkər zavodunda baş verən qaz sızması nəticəsində yaxınlıqdakı məktəbdə təhsil alan 300-ə yaxın uşaq zəhərlənib.

APA-nın NDTV kanalına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Uttar-Pradeş ştatındakı Şamli şəhərində yerləşən məktəbdə baş verib.

Uşaqlar ürək bulanması, baş gicəllənməsi və gözlərin göynəməsi ilə hospitallara yerləşdiriliblər.

Onlardan 30-35-nin vəziyyətinin ağır olduğu bildirilir.

“Hindustan Times” qəzeti isə polisə istinadən yazıb ki, zavodda kimyəvi maddə sızıntısı baş verib.

Polisdən hadisə nəticəsində 100-ə yaxın uşağın xəsarət aldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR