"TuranBank"da problemli kreditlərin həcmi ikiqat artıb

"TuranBank"da problemli kreditlərin həcmi ikiqat artıb
# 15 noyabr 2016 07:42 (UTC +04:00)

"TuranBank"da problemli kreditlərin həcmi ikiqat artıb

“TuranBank”ın aktivlərinin həcmi 2016-cı ilin III rübündə 508,011 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,74% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,27% artaraq 275,162 mln. manat olub. Vaxtı keçmiş kreditlərin həcmi 1,77 dəfə artaraq 15,302 mln. manat təşkil edib ki, bu da ümumi kredit portfelinin 5,56%-ni təşkil edir.

2016-cı ilin yanvar-sentyabr ayları ərzində “TuranBank”da istehlak kreditləri 34,59% azalaraq 19,878 mln. manat təşkil edib.

İpoteka kreditlərinin həcmi isə 44,42% artaraq 41,271 mln. manata bərabər olub.

Depozit portfeli hesabat dövrü ərzində 0,78% artaraq 209,169 mln. manata çatdığı halda, əhalinin əmanətləri 39,94% artaraq 171,320 mln. manata bərabər olub.

Bir il ərzində bankın məcmu kapitalı 19,86% artaraq 64,083 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. 002,5 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 9,38% artaraq 29,075 mln. manat, xərcləri isə 3,60% azalaraq 25,198 mln. manata çatıb.

Cari ilin 9 ayını bank 1 mln. 106 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR