Bakıda mənzildə kişi meyiti aşkarlanıb

Bakıda mənzildə kişi meyiti aşkarlanıb
# 25 may 2015 20:30 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Nəsimi rayonunda mənzildə 1956-cı il təvəllüdlü Bodrov Kamil Tacəddin oğlu bağlı qapı arxasında qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar edib.

K.Bodrovun cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:56-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR