Bu ilin I yarısında "Azəriqaz" 32 min abonentinə "ASAN xidmət" vasitəsilə xidmət göstərib

Bu ilin I yarısında "Azəriqaz" 32 min abonentinə "ASAN xidmət" vasitəsilə xidmət göstərib
# 09 iyul 2015 09:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 31 957 müraciət daxil olub.

Bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Müraciətlərin hamısı tam icra edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR