İlin əvvəlindən 680 minə yaxın avtonəqliyyat vasitəsi sahibi mülki məsuliyyətini icbari qaydada sığortalayıb

İlin əvvəlindən 680 minə yaxın avtonəqliyyat vasitəsi sahibi mülki məsuliyyətini icbari qaydada sığortalayıb
# 02 sentyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvar-avqust ayları ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 679 556 müqavilə qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən xəbər görə, bunların 120 821-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 53 mln. manat təşkil edib.

2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 11%, sığorta haqlarının məbləğində isə 16% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR