Gürcüstanın Azərbaycana olan dövlət borcu açıqlanıb

Gürcüstanın Azərbaycana olan dövlət borcu açıqlanıb
# 19 iyun 2015 09:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici borcu 173 mln. dollar enərək 4,03 mlrd. dollar təşkil edib.

APA-Economics”in “Novosti Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq maliyyə institutlarının meyarlarına əsasən, bu məbləğdə borc Gürcüstan kimi dövlətin iqtisadiyyatı üçün yaxşı göstəricidir.

Borcun ümumi məbləğinin 3,998 mlrd. dolları Gürcüstan hökumətinin payına, qalanı isə dövlətin zəmanəti altına alınmış özəl və dövlət şirkətlərinin payına düşür. Gürcüstanın 17 ikitərəfli kreditor ölkəyə ümumilikdə 709,6 mln. dollar borcu var.

Kreditor ölkələr sırasına Azərbaycan da daxildir. Gürcüstanın Azərbaycana 11 mln. 216 min dollar borcu var. Bu ölkənin Ermənistana 13 mln. 241 min dollar, İrana 8 mln. 749 min dollar, Rusiyaya 91 mln. 910 min dollar, Türkiyəyə isə 21 mln. 447 min dollar borcu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR