Bank Of Baku

TƏBİB: "Pfizer" vaksinini 2-8 dərəcə temperaturda saxlamaq olar

TƏBİB: "Pfizer" vaksinini 2-8 dərəcə temperaturda saxlamaq olar
# 13 avqust 2021 16:23 (UTC +04:00)

“Azərbaycan "Pfizer" vaksinini mayın 31-də qəbul edib”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in “Facebook” səhifəsindəki canlı yayımda Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.

Onun sözlərinə görə, bu vaksin ilkin olaraq mənfi 60-80 dərəcə temperaturda saxlanılmalı idi:

“Bu halda “Pfizer” vaksini 6 ay saxlanıla bilir. Amma daha sonra açıqlandı ki, 2-8 dərəcə temperaturda 31 gün saxlamaq olar, bu, ÜST və “Pfizer” şirkəti tərəfindən də rəsmi təsdiqləndi. Həmin vaksini mərkəzi anbarda mənfi 60-80 dərəcə temperaturda saxlamaq olar, tibb məntəqələrinə isə çatdırıb 2-8 dərəcə temperaturda saxlamaq mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR