Klublarımızın avrokuboklarda oyunlarının təqvimi dəqiqləşib

Klublarımızın avrokuboklarda oyunlarının təqvimi dəqiqləşib
# 17 aprel 2017 08:32 (UTC +04:00)

Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan üçünün çıxış edəcəyi turnir dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın qalibi adını sona 2 tur qalmış təmin edən “Qarabağ” Çempionlar Liqasında iştirakının dəqiqləşməsi “Qəbələ”nin də harada oynayacağına aydınlıq gətirib.

Sonuncular ardıcıl 4-cü dəfə Avropa Liqasında mübarizə aparacaq. Qəbələlilər burada “İnter”lə birlikdə ölkəmizi təmsil edəcək. Azərbaycanın bu turnirdəki son komandasının adına isə Premyer Liqanın qarşıdakı iki turu aydınlıq gətirməlidi.

“Zirə”, “Sumqayıt”, “Kəpəz” və “Neftçi”nin sonuncu vəsiqə uğrunda mübarizə apardığı vaxtda digər üç komanda artıq hazırlıq planını hazırlaya bilər. Çünki “Qarabağ”, “Qəbələ” və “İnter”in avrokubok oyunlarının da püşkatmanın da vaxtı bəllidi. Təmsilçilərimiz buna uyğun şəkildə hazırlığın planlarını cıza bilər.

Yeni mövsümdə həm Çempionlar Liqası, həm də Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. “Qarabağ” II, “Qəbələ”ylə “İnter” isə I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

19 iyun 2017

Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması

27-28 iyun

Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun 2017

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

4-5 iyul 2017

Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları

6 iyul 2017

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları

11-12 iyul 2017

Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

13 iyul 2017

Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

14 iyul 2017

Çempionlar Liqası və Avropa Liqasında III təsnifat mərhələsinin püşkatması

18-19 iyul 2017

Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunları

20 iyul 2017

Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunları

25-26 iyul 2017

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

27 iyul 2017

Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

1-2 avqust 2017

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları

3 avqust 2017

Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları

4 avqust 2017

Çempionlar Liqası və Avropa Liqasında IV təsnifat mərhələsinin püşkatması

15-16 avqust 2017

Çempionlar Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar

17 avqust 2017

Avropa Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar

22-23 avqust 2017

Çempionlar Liqası, IV təsnifat mərhələsi, cavab oyunları

24 avqust 2017

Çempionlar Liqasının qrup mərhələsinin püşkatması

24 avqust 2017

Avropa Liqası, IV təsnifat mərhələsi, cavab oyunları

25 avqust 2017

Avropa Liqasının qrup mərhələsinin püşkatması

Əsas mərhələ

12-13 sentyabr 2017

Çempionlar Liqası, I tur

14 sentaybr 2017

Avropa Liqası, I tur

26-27 sentyabr 2017

Çempionlar Liqası, II tur

28 sentyabr 2017

Avropa Liqası, II tur

17-18 oktyabr 2017

Çempionlar Liqası, III tur

19 oktyabr 2017

Avropa Liqası, III tur

31 oktyabr/1 noyabr 2017

Çempionlar Liqası, IV tur

2 noyabr 2017

Avropa Liqası, IV tur

21-22 noyabr 2017

Çempionlar Liqası, V tur

23 noyabr 2017

Avropa Liqası, V tur

5-6 dekabr 2017

Çempionlar Liqası, VI tur

7 dekabr 2017

Avropa Liqası, VI tur

11 dekabr 2017

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması

11 dekabr 2017

Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR