Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası Əmmanda keçiriləcək

Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası Əmmanda keçiriləcək
# 25 yanvar 2017 08:31 (UTC +04:00)

"Yaxın aylarda Əmmanda Azərbaycan-İordaniya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək".

Bunu APA-ya açıqlamasında İordaniyanın Azərbaycandakı konsulu Saad Qazat deyib.

Onun sözlərinə görə, yaxın 2-3 ayda Əmmanda keçiriləcək görüş sayca üçüncü olacaq: “İlk görüş 2010-cu ildə Əmmanda, ikinci görüş isə 2011-ci ildə Bakıda keçirilib. Bu il görüş İordaniyanın paytaxtında baş tutacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR