Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
# 27 dekabr 2016 11:09 (UTC +04:00)

Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, telefon danışığı zamanı Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsini davam etdiriblər.

Döyüş fəaliyyətinin dayandırılması barədə əldə olunan razılığın tez bir zamanda sona çatdırılması, mötədil müxalifətin terrorçu qruplardan ayrılması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə müvafiq olaraq münaqişənin siyasi nizamlanması prosesinin başlanması üçün Qazaxıstan rəhbərinin dəvəti əsasında Astana görüşünə hazırlığın vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR