Naxçıvanda yol qəzasında bir nəfər ölüb

Naxçıvanda yol qəzasında bir nəfər ölüb
# 24 iyul 2017 10:14 (UTC +04:00)

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 22-də saat 17 radələrində Babək rayonunun Sirab kəndi ərazisində kənd sakini Çərkəz Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə və qaz borusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sərnişini Qurban Alışov orada ölüb.


Babək RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR