Bakı sakinindən silah-sursat götürülüb

Bakı sakinindən silah-sursat götürülüb
# 04 fevral 2017 11:03 (UTC +04:00)

Biləcəri dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini Vüqar Məmmədovdan silah-sursat götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Məmmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

O əvvəllər məhkum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR