Əhməd Davudoğlu: “Əməliyyatlar davam edəcək”

Əhməd Davudoğlu: “Əməliyyatlar davam edəcək”
# 31 iyul 2015 12:09 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Türkiyə baş naziri Əhməd Davudoğlu PKK və İŞİD-ə qarşı aparılan əməliyyatların nə vaxt bitəcəyini açıqlayıb.

APA-nın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, baş nazir bildirib ki, əməliyyatlar silahlı qruplar Türkiyəni tərk edənədək davam edəcək: “Suriyada əməliyyatlar silahlar yerə qoyulanadək, silahlı qruplar Türkiyəni tərk edənədək və İŞİD terroru təhlükəsi aradan qaldırılanadək davam edəcək. Heç kəs xam xəyal etməsin”.

Xatırladaq ki, ABŞ Türkiyənin İŞİD və PKK terror təşkilatlarına qarşı başladığı hərbi əməliyyatın miqyasının azaldılmasını istəyir. Ağ evin nümayəndəsi Erik Şultz Türkiyənin təzyiqləri azaltmasını, sülh yolu ilə çözüm prosesinin davam etdirməsini arzuladıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR