Kolumbiyada polis avtomobili partladılıb, yaralananlar var

Kolumbiyada polis avtomobili partladılıb, yaralananlar var
# 16 noyabr 2016 22:47 (UTC +04:00)

Kolumbiyada polisə məxsus yük avtomobili partladılıb.

APA-nın RİA Novosti agentliynə istinadən verdiyi xəbərə görə, insident Kukuta şəhərində baş verib.

İnsident nəticəsində 17 polis əməkdaşı və partlayış zamanı yoldan keçən 2 mülki şəxs yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR