Perunun cənubunda güclü zəlzələ olub

Perunun cənubunda güclü zəlzələ olub
# 02 dekabr 2016 00:24 (UTC +04:00)

Perunun cənubunda 6,3 bal gücündə zəlzələ baş verib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında bildirilir.

İlkin məlumata görə, yeraltı təkanların episentri Puni bölgəsinin Lampa əyalətində, 53 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR