Paşha Bank
Bank Of Baku

Kür sutəmizləyici qurğular kompleksində qəza baş verib

Kür sutəmizləyici qurğular kompleksində qəza baş verib
# 12 dekabr 2021 18:17 (UTC +04:00)

Hacıqabul rayonunun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğusunda qəza baş verib.

Bu barədə APA-nın Mil-Muğn bürosuna Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov məlumat verib.

İdarə rəisinin qeyd etdiyinə görə, səhər saatlarında 1400 diametrlik suötürücü kəmərin sınması nəticəsində Hacıqabul rayonunda Şirvan-Muğan qrup su kəmərinə suyun verilməsi dayandırılıb. Hal-hazırda kəmərdə təmir işləri davam etdirilir. Suyun verilməsi saat 22 radələrində gözlənilir. Qəza nəticəsində Şirvan şəhərinin, həmçinin Hacıqabul, Salyan, Biləsuvar və həmin istiqamətdə yerləşən rayonların su təchizatında fasilə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR