Dövlət Departamenti: Suriyaya dair siyasi danışıqlar yalnız Cenevrədə aparılmalıdır

Dövlət Departamenti: Suriyaya dair siyasi danışıqlar yalnız Cenevrədə aparılmalıdır
# 12 noyabr 2017 02:39 (UTC +04:00)

ABŞ hesab edir ki, Suriya böhranının nizamlanmasına dair siyasi danışıqlar yalnız Cenevrə prosesi çərçivəsində aparılmalıdır. APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentini adı açıqlanmayan yüksək vəzifəli şəxs bildirib.

Onun sözlərin görə Astanada aparılan danışıqlar xüsusən atəşkəs və təhlükəsizlik zonalarının yaradılmasına istiqamətlənib. Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ Astana prosesinin üzvü olmasa da, müşahidəçi qismində danışıqlarda iştirak edir və təhlükəsizlik zonalarının yaradılmasını tam dəstəkləyir.

Qeyd edək ki, Cenevrə prosesinin sayca 8-ci raundu noyabrın 28-də start görürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR