Ağdaşda yaşayış evində partlayış olub, xəsarət alan var

Ağdaşda yaşayış evində partlayış olub, xəsarət alan var
# 01 mart 2019 10:58 (UTC +04:00)

Ağdaşda yaşayış evində partlayış olub.

ONA-nın məlumatına görə, hadisə Ağdaş rayonu Hüşün kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verən partlayışa qaz sızması səbəb olub.

Partlayış nəticəsində 1964-cü il təvəllüdlü Rəsulova Mənsurə Fehruz qızı müxtəlif yanıq xəsarətləri alıb.

M.Rəsulovanın vəziyyətinin orta ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR