Nazir: “Xaricdə təhsil üzrə ikinci dövlət proqramı ilə bağlı hökumətdə müzakirələr aparılır”

Nazir: “Xaricdə təhsil üzrə ikinci dövlət proqramı ilə bağlı hökumətdə müzakirələr aparılır”
# 24 oktyabr 2017 10:36 (UTC +04:00)

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsində təhsilə yönəldilib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında deyib ki, Azərbaycanda elmi kadrların yetişdirilməsində bu proqramın mühüm rolu olub. Nazir xaricdə təhsil üzrə ikinci dövlət proqramının Azərbaycanın universitetlərində həyata keçirilməli olduğunu diqqətə çatdırıb: “Dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Magistr və doktorantların ümumi təqaüdlər siyahısında 63 faizdən çox olmasını hədəfləyirik. Hazırda bu istiqamətdə hökumətdaxili müzakirələr davam edir".

Nazirin sözlərinə görə, hazırda ölkədə doktorantura pilləsində təhsil alanların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR