Azərbaycanla Aİ arasında təhlükəsizlik və nəqliyyat məsələləri üzrə dialoq mexanizmi yaradılacaq

Azərbaycanla Aİ arasında təhlükəsizlik və nəqliyyat məsələləri üzrə dialoq mexanizmi yaradılacaq
# 09 fevral 2018 13:54 (UTC +04:00)

"Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası pozitiv, konstruktiv və işgüzar dialoq şəraitində keçib".

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, iclasa Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edib. “Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. İclasda qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfəri ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açıb və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. Bakı-Tbilisi-Qars dəmir-yol xətti və ümumiyyətlə, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına və Cənub Qaz Dəhlizi və bu xüsusda TAP layihəsinə Avropa İttifaqının qəti dəstəyi bir daha ifadə olunub. Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub. İclas nəticəsində razılıq əldə olunub ki, təhlükəsizlik və nəqliyyat məsələləri üzrə Avropa İttifaqı və Azərbaycan arasında dialoq mexanizmi təsis edilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR