Quba-Xaçmaz yolunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Quba-Xaçmaz yolunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
# 23 aprel 2017 17:15 (UTC +04:00)

Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza yolun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR