Cəlilabad sakinindən 10 kq narkotik götürülüb

Cəlilabad sakinindən 10 kq narkotik götürülüb
# 15 fevral 2017 08:44 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Ramil Həsənov Ələt-Astara magistral yolunun 120-ci kilometrliyində saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onun əlindəki sellofan torbaya baxış zaman oradan 10 kiloqram 100 qram yüksək psixotrop xassəyə malik narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR