Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb
# 10 dekabr 2014 10:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı açıqlayıb.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, bu il dekabrın 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 720 856-ya çatıb.

Onların 1 699 108-i əhali, 21 748-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 727 509-u Bakı şəhəri (716 829 əhali, 10 680 qeyri-əhali abonenti), 993 347-i isə regionların (982 279 əhali, 11 068 qeyri-əhali abonenti) payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR