Tiflis-Marneuli avtomobil yolunda ağır yol-qəzası baş verib, 6 nəfər yaralanıb

Tiflis-Marneuli avtomobil yolunda ağır yol-qəzası baş verib, 6 nəfər yaralanıb
# 25 noyabr 2014 23:25 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə nəticəsində gürcü və azərbaycanlının idarə etdiyi minik avtomobillərinin salonunda olan 6 nəfər sərnişin yaralanıb. Yaralı sərnişinlərdən dörd nəfəri azərbaycanlı olub. Hadisə yerinə patrul xidməti və təcili yardım maşını çağırılıb. Yaralılar Tiflis və Marneuli xəstəxanalarına çatdırılıb. Polis-patrul xidmətinin məlumatına görə, qəzada “Opel” markalı, UFU-877 dövlət qeydiyyat nişanlı avtomobil və sürücü Bayram Məmişovun idarə etdiyi KQK-291 dövlət qeydiyyat nişanlı “Opel Astra” avtomobili yararsız vəziyyətə düşüb. Araşdırma aparılır.

Polis əməkdaşları hadisənin baş vermə səbəbini gürcü sürücünün spirtli içki qəbul etməsində görüblər.

Marneuli şəhər xəstəxanasına yerləşdirilən Tələt Məmişov, Bayram Məmişov, Minayə Məmişova və Aidə Məmişovaya tibbi yardım göstərilib. Xəsarət alanların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR