Dövlət Sərhəd Xidmətinin rəisi Xudatda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Dövlət Sərhəd Xidmətinin rəisi Xudatda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 24 iyul 2014 10:01 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev iyulun 24-də Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 70-dən çox vətəndaşı qəbul edib.

APA-nın şimal bürosunun məlumatına görə, vətəndaşların müraciətləri əsasən işə qəbul, xidmət yerinin dəyişdirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciət, şikayət və təklifləri diqqətlə dinlənildi, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb.

Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR