Şəmkirdə 79 yaşlı qadını maşın vuraraq öldürüb

Şəmkirdə 79 yaşlı qadını maşın vuraraq öldürüb
# 18 sentyabr 2014 09:03 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Şəmkir Mərkəzi Rayon Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, ötən gün rayonun İpək Yolu qəsəbə sakini, 1935-ci il təvəllüdlü Gilas Alıyev kəllə-beyin travması ilə xəstəxanaya daxil olub. Ona tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, G. Alıyev Şəmkir şəhəri Heydər Əliyev prospektində yolu keçmək istəyərkən Dəllər qəsəbə sakini, 1969-cu il təvəllüdlü Əbülfət Əliyevin idarə etdiyi “QAZ 3110” markalı avtomobillə vurulub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR