Eldar Sultanov: “Jurnalist Tapdıq Fərhadoğlu ilə bağlı məsələ baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb”

Eldar Sultanov: “Jurnalist Tapdıq Fərhadoğlu ilə bağlı məsələ baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb”
# 17 sentyabr 2014 15:05 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında qeyd edib ki, jurnalist Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması ilə bağlı Yasamal rayon Prokurorluğuna etdiyi müraciət üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalədə göstərilənlərlə əlaqədar araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb.

Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.

Qeyd edək ki, “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu fevralın 20-də tələbələrin Bakı Dövlət Universiteti qarşısında etiraz aksiyasını işıqlandırdığı zaman universitetin mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tərəfindən döyüldüyünü iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR