ABŞ Ağ evin kompüter şəbəkəsinə edilən kiberhücumlara görə Rusiyanı ittiham edib

ABŞ Ağ evin kompüter şəbəkəsinə edilən kiberhücumlara görə Rusiyanı ittiham edib
# 29 oktyabr 2014 14:50 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ Ağ evin kompüter şəbəkəsinə edilən kiberhücumlara görə Rusiyanı ittiham edib.

APA-nın “Washington Post”a istinadən verdiyi məlumata görə, ABŞ xüsusi xidmət orqanları tərəfindən yaradılan mütəxəssis qrupu bu hücumların rusiyalı hakerlər tərəfindən edildiyini bildirib.

Qeyd edək ki, bu günlərdə Ağ evin kompüter şəbəkəsinə irimiqyaslı haker hücumları olub. Sistem zədələnməsə də, hücumlar barədə dəqiq məlumat toplamaq məqsədi ilə xüsusi qrup yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR