Rusiya və Fransa prezidentləri telefon söhbəti zamanı Ukraynada təyyarə qəzasının obyektiv araşdırılmasının zəruriliyini önə çəkiblər

Rusiya və Fransa prezidentləri telefon söhbəti zamanı Ukraynada təyyarə qəzasının obyektiv araşdırılmasının zəruriliyini önə çəkiblər
# 21 iyul 2014 07:41 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiya və Fransa prezidentləri arasında telefon söhbəti olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı tezliklə Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukraynada qəzaya uğraması səbəblərinin hərtərəfli araşdırılmasına başlanılmasının vacibliyi vurğulanıb.

Vladimir Putin və Fransua Olland beynəlxalq ekspertlərin hadisə yerində normal fəaliyyət göstərməsi üçün Ukraynanın cənub-şərqində hərbi əməliyyatların dayandırılmasının zəruriliyini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR