Suraxanı rayonunda ev yanıb

Suraxanı rayonunda ev yanıb
# 27 iyul 2014 03:26 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik, ümumi sahəsi 350 kv.m olan (hər mərtəbəsi 175 kv.m) ikimərtəbəli yaşayış evinin 1-ci və 2-ci mərtəbəsinin pilləkən qəfəsi 60 kv.m sahədə, 2-ci mərtəbədə 1 otağın tavanı 42 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə (ümumi 242 kv.m) yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR