İctimai nəqliyyatda kart-ödəniş sisteminin tətbiqinin ləngiməsinin səbəbləri açıqlanıb

İctimai nəqliyyatda kart-ödəniş sisteminin tətbiqinin ləngiməsinin səbəbləri açıqlanıb
# 06 avqust 2014 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Nəqliyyat Nazirliyi Bakının ictimai nəqliyyatında kart-ödəniş sisteminin tətbiqinin ləngiməsinin səbəblərini açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, prosesin ləng getməsinin səbəblərindən biri validatorların gətirilməsi ilə bağlıdır. Belə ki, validatorlar Türkiyədən alınır və onların avtobuslara quraşdırılması vaxt tələb edir.

Bundan başqa, istismar müddəti başa çatan avtobuslar xətdən çıxarılır: “Avtobusların yenilənməsi ilə sahibkarlar məşğul olduğu üçün bu da müəyyən problemlər yaradır. Bununla belə, kart-ödəniş sisteminin tam tətbiqini bu ilin sonunadək yekunlaşacaq”.

Nazilrik rəsmisi qeyd edib ki, hazırda 1000-dən çox avtobusda validator quraşdırılıb və proses davam edir.

Ləngimənin digər bir səbəbi sərnişinlərin özləri ilə bağlıdır. Belə ki, satışa milyondan artıq kart çıxarılsa da, indiyədək təxminən 200 mini alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR