Türkiyə diplomatı NATO-nun Əfqanıstanda ali mülki nümayəndəsi təyin olunub

Türkiyə diplomatı NATO-nun Əfqanıstanda ali mülki nümayəndəsi təyin olunub
# 17 noyabr 2014 11:38 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Türkiyə diplomatı NATO-nun Əfqanıstanda ali mülki nümayəndəsi təyin olunub.

APA-nın NATO-nun mətbuat xidmətinə istinadən xəbərinə görə, hazırda Türkiyənin Əfqanıstanadakı səfiri İsmayıl Aramaz 2015-ci ilin əvvəlində rəsmən fəaliyyətə başlayacaq. O, hazırkı ali nümayəndə Maurits Joçemsi əvəz edəcək.

Qeyd edək ki, İsmayıl Aramaz 2003-2007-ci illərdə Türkiyənin NATO-dakı daimi nümayəndəliyində çalışıb, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandanlığında siyasi müşavir (2002-2003) kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR