Əli Həsənov Sabunçu rayonunda məcburi köçkünləri qəbul edib - FOTO

Əli Həsənov Sabunçu  rayonunda məcburi köçkünləri qəbul edib - <span style="color: red;">FOTO
# 15 avqust 2014 14:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, həmçinin digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 35 min nəfərdən çox qaçqın və məcburi köçkün soydaşımız (8 min ailə) Bakının Sabunçu rayonunda yaşayır və əsasən rayon ərazisindəki yataqxanalarda, sanatoriyalarda və ictimai binalarda məskunlaşıblar.

Qəbulda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Dövlət Komitəsinin departament və şöbə müdirləri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər. Ə. Həsənov qəbulda bildirib ki, məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır, indiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkənin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 83 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 210 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Onun sözlərinə görə, buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var, onların da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaq.

Səhər saat 09.00-dan başlayan qəbul axşam saat 16.00-dək davam edib və bu dəfə ümumilikdə 400 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR