Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edəcək
# 15 avqust 2014 10:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qax şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbul avqust ayının 22-də saat 11:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Qax, Zaqatala, Balakən və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR