Bakıda Çexiya Film Günü keçiriləcək

Bakıda Çexiya Film Günü keçiriləcək
# 28 oktyabr 2014 15:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 31-də Bakıda Çexiya Film Günü keçiriləcək. APA-nın Çexiyanın Azərbaycandakı səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə “Revival” (Dirçəliş) filmi nümayiş olunacaq. Film komediya janrında lentə alınıb və Çexiyanın ingilisdilli rok qrupundan bəhs edir. Filmin rejissoru Alis Nelisdir. Əsas rollarda Karl Hermanek, Bolestav Polivka, Miroslav Krobot və başları çəkilib.

Film günü oktyabrın 30-dan noyabrın 9-dək baş tutacaq Avropa Film Festivalı çərçivəsində reallaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR