Hollandiya Rusiyaya qarşı sanksiyalara qoşula bilər

Hollandiya Rusiyaya qarşı sanksiyalara qoşula bilər
# 25 iyul 2014 14:23 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiya şərqi Ukraynadakı separatçılara yardımı dayandırmasa, Hollandiya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları dəstəkləyəcək.


APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Hollandiyanın baş naziri Mark Ryutte parlament komitəsinin iclasında deyib.

O bildirib ki, Rusiya Ukraynadakı separatçıları silahla təmin etməyi dayandırmaqla, Avropa Birliyinin sanksiyalarından yayına bilərdi.

Baş nazir əlavə edib ki, Malayziya təyyarəsinin qəzaya uğramasının arxasında Rusiyanın olduğu sübut yetirilsə, ölkəsi Moskvaya qarşı sanksiyaları dəstəkləyəcək.

"Bütün əlamətlər Rusiyanın hələ də separatçıları silahlandırmaqda davam etdiyini göstərir. Rusiyanın sadə bir seçimi var: separatçılardan uzaq durmaq və onları silahlandırmamaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR