Ermənistan müxalifəti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz yürüşü keçirəcək

Ermənistan müxalifəti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz yürüşü keçirəcək
# 09 oktyabr 2014 12:54 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bu gün Ermənistan müxalifəti ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına qarşı etiraz yürüşü keçirəcək.

APA-nın “Armtoday”a istinadən verdiyi məlumata görə, yürüş marşrutu İrəvan vaxtı ilə saat 18:30-da Ermənistan paytaxtındakı “Azadlıq” meydanından prezident iqamətgahı yerləşən Baqramyan küçəsi-26 ünvanına qədər planlaşdırılıb.

Aksiyanın iştirakçıları prezident Serj Sarkisyandan Ermənistanın müstəqilliyinə hörmət etməyi və sabah Minskdə Aİİ-ya qoşulmaq barədə sazişə imza atmamağa çağıracaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR