Çilili futbolçunun “Neftçi” klubuna keçidi rəsmiləşib

Çilili futbolçunun “Neftçi” klubuna keçidi rəsmiləşib
# 14 avqust 2014 13:28 (UTC +04:00)
Bakı – APA. “Neftçi” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi çilili hücumçu Nikolas Kanaleslə müqavilə bağlayıb.

Bir neçə gün əvvəl Bakıya gələn cənubi amerikalı ilə 1+1 il müddətinə anlaşıb.

2012/13 mövsümündə Premyer Liqanın bombardiri olan Kanales paytaxt təmsilçisində yenə 11 nömrəli formanı geyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR