TAP-ın səhmdarları siyahısında dəyişiklik baş verib

TAP-ın səhmdarları siyahısında dəyişiklik baş verib
# 30 sentyabr 2014 09:41 (UTC +04:00)

TAP konsorsiumdan “APA-Economics”ə daxil olan məlumata görə, layihənin yeni tərəfdaşı səhmlərin 16%-ə sahib çıxıb.

Bundan başqa, layihədəki Belçikanın “Fluxys” şirkəti isə TAP-dakı səhmlərinin 16%-dən 19%-dək artırıb.

“Enagas” və “Fluxys” şirkətləri ilə yeni razılaşma bundan əvvəl layihədə “E.ON” (9%) və “Total”a (10%) məxsus səhmlərinin 19%-nın əldə olunmasını nəzərdə tutur.

Hazırda TAP-da səhmdarların bölgüsü bu cürdür: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%).

TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland bildirib ki, konsorsium yeni strateji tərəfdaşlar üçün hər zaman açıqdır və “Enagás”ın layihəyə qoşulmasından məmnundur.

O, “Enagás”ın Avropa və Cənubi Amerikada böyük sərmayələr yatıran enerji şirkəti olduğunu qeyd edib.

TAP-ın Direktorlar Şurasının sədri Endi Lane isə bildirib ki, artıq layihənin növbəti həlledici mərhələsi başlayır: “2015-ci ilin əvvəlində Albaniyada yollar və körpülərin tikintisinə start veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR